ABŞ Rusiya-Türkiyə anlaşmasını dəstəklədi, İranı isə...
İdlibdəki gərginliyin sabitləşdirilməsinə dair Rusiya-Türkiyə müqaviləsi Suriya böhranının siyasi yolla həlli üçün zəmin yaratdı.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hook bildirib.
Brayan İran qüvvələrinin Suriyadan çıxarılmasının ABŞ üçün prioritet məsələ olduğunu deyib:
"İranın əmri altında olan bütün qüvvələr Suriyadan çıxarılmalıdır. Tələbimiz bu istiqamətdədir".
