İdlibdə sərhədlər müəyyənləşdirildi

17 sentyabrda Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə əldə olunana razılığa əsasən Suriyanın İdlib bölgəsində qurulacaq silahlı münaqişələrdən təmizlənmiş ərazinin sərhədləri müəyyənləşdirilib.
ONN media qafqazinfo.az -a istinadla xəbər verir ki, bununla bağlı 19-21 sentyabr tarixlərində Rusiya və Türkiyə nümayəndə heyətləri arasında bir neçə iclas keçirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, sərhədlər müəyyənləşdirilərkən bölgənin coğrafi quruluşu və yaşayış məntəqələrinin təhlükəsizliyi nəzərə alınıb.
Hazırda həmin bölgənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, bir neçə gün sonra Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin Nyu-Yorkda Suriya məsələsinin müzakirə edəcəyi gözlənilir.