Avtobus dərəyə aşdı- 13 ölü

Hindistanın şimalında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 13 nəfər həlak olub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
ONN media xəbər verir ki, hadisə Ximaçal-Pradeş ştatının 65 kilometrliyində baş verib.
On nəfər hadisə yerində keçinib. Ölənlər arasında 7 yaşlı uşaq da var.