Türkiyədə PARTLAYIŞ- Yaralılar var
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda partlayış baş verib.
ONN media xəbər verir ki, ilkin məlumata əsasən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Hadisəyə əldəqayırma partlayıcı qurğunun səbəb olduğu bildirilir.
Əraziyə xilasedicilər cəlb olunub.
Təfərrüatlar barədə məlumat verilmir.
