Çindən ABŞ -a cavab
Çin xarici işlər naziri Van İ bəyan edib ki, Pekin ünvanına yönəlmiş əsassız ittihamları qəbul etmir.
ONN media oxu.az -a istinadən xəbər verir ki, nazir ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmadığını xüsusi vurğulayıb.
“Qarışmama prinsipi Çinin xarici siyasətinin ənənəsidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətini ABŞ Konqresinə aralıq seçkilərinə müdaxilə etməkdə günahlandırıb. O hesab edir ki, Pekin ABŞ-ın ticarət siyasətini dəyişmək üçün respublikaçıların qələbəsinə mane olmağa çalışır.
