Almaniyadan Türkiyə ilə bağlı gözlənilməz AÇIQLAMA
Türkiyə ilə əlaqələr normallaşmaqdan olduqca uzaqdır.
ONN media axar.az -a istinadla xəbər verir ki, bu sözləri Almaniyanın Avropa işləri üzrə dövlət naziri Maykl Roz deyib.
Buna baxmayaraq, Roz Ankara ilə əməkdaşlığa hazır olduğunu bəyan edib:
“Ötən il Türkiyədən Almaniyaya qarşı qəbuledilməz hərəkətlər edildi. Bunu əsla unuda bilmərik. Hələ də Almaniyanın 5 vətəndaşının Türkiyədə həbsdə saxlanılması qəbuledilməzdir. Türkiyə mövqeyini dəyişdirməlidir”.
