Naməlum şəxs insanlara bıçaqlı hücum edib - YARALANANLAR VAR
Almaniyanın Ravensburq şəhərində insanlara bıçaqla hücum edən naməlum şəxs üç nəfəri yaralayıb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, hadisə "Marienplats"meydanında baş verib. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Şəhər polisi hücum edən şəxsin saxlanıldığını bildirib. Hücumun motivləri hələlik məlum deyil.
