Çindən ABŞ -a sərt sözlər - QORXMURUQ!
Çin öz ünvanına yönələn şantajı qəbul etmir və iqtisadi gərginlikdən də qorxmur.
ONN media xarici mətbuata istinadla bildirir ki, bunu Çinin Xarici İşlər naziri Van İ deyib.
“Yaranan iqtisadi gərginliyi müəyyənləşmiş qaydalar əsasında, bərabər səviyyəli dialoqla və məsələhətləşmələr vasitəsilə həll etmək tərəfdarıyıq. Bu yöndə olan təhdidləri qəbul etmirik”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi əlavə rüsumlardan dolayı iki ölkə arasında iqtisadi gərginlik yaşanır.
