Tarixdə görünməyən qasırğa gözlənilir

Tarixdə görünməyən qasırğa gözlənilir


Türkiyədə güclü qasırğa gözlənilir.

ONN media  oxu.az -a istinadən xəbər verir ki, Aralıq dənizindən gələn siklon getdikcə güclənir və ölkə ərazisinə sentyabrın 30-da çatacaq.

Meteoroloqlar artıq qasırğaya ad tapıblar – “Medikeyn”.

İlk öncə qasırğanın Yunanıstan ərazisindən keçəcəyi ehtimal olunur. Burada küləyin sürətinin saatda 180 kilometrə çatacağı gözlənilir.  Türkiyə ərazisinə çatan zaman isə küləyin sürətinin 70-120 km/saat-a düşəcəyi bildirilir.

Qasırğanın İzmirdən Antalyayadək sahilyanı əraziləri əhatə edəcəyi söylənilir. 

Qeyd olunur ki, Türkiyənin müasir tarixində belə qasırğa olmayıb.

Geri qayıt