Poroşenkodan Rusiya ilə bağlı AÇIQLAMA
Ukrayna prezidenti onun Rusiyada biznesinin olmadığını və heç vaxt olmayacağını bəyan edib.
ONN media Sfera.az-a istinadla xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində məlumat verib:
"Hamının məni eşitməsini istəyirəm. Rusiyada biznesim yoxdur, olmayacaq da!”
Onun sözlərinə görə, Sevastopoldakı zavodu Krımın ilhaqından sonra Rusiya tərəfindən müsadirə olunub. Rusiyanın Lipetsk şəhərindəki "Roşen” şirniyyat fabriki isə müsadirə olunub və indi bağlıdır.
