Türkiyə XİN rəhbəri Fransaya səfər edəcək

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sentyabrın 30-u Fransaya səfər edəcək.
ONN media-nın Türkiyə XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M.Çavuşoğlunun səfəri onun fransalı həmkarı Jan-İv Le Drianın dəvəti ilə baş tutacaq.
XİN rəhbərləri görüş zamanı ikitərəfli münasibətləri, regional gündəliyin aktual məsələlərini, xüsusilə Suriyadakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.