Məktəbdə kütləvi zəhərlənmə baş verib

Dağıstanın Kaspiysk şəhərində məktəblərdən birinin yeməkxanasında qida zəhərlənməsi baş verib.
ONN media qafqazinfo.az -a istinadən bildirir ki, 8-9 yaşlı 19 məktəbli xəstəxanaya yerləşdirilib. Onların hamısına qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Məktəbin məsul şəxsləri istintaqa cəlb olunub.