"Trampa pul təklif etdim və..."- Duda

"Trampa pul təklif etdim və..."- Duda


Prezident Donald Trampa Polşada ABŞ hərbi bazasının yaradılması üçün 2 milyard dollar təklif etdiyim zaman onun gözləri parıldadı.

ONN media Axar-a istinadla xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda Trampla görüşü barədə danışarkən deyib.

Duda pul təklifi ortaya çıxandan sonra söhbətin daha fərqli duruma gəldiyini vurğulayıb:

"Trampa "Cənab Prezident, Polşada ABŞ hərbi bazasının açılmasını istərdik" dedim. O, sadəcə başını yellədi, ancaq bir reaksiya vermədi. Bunun ardınca hərbi bazanın hazırlanması üçün 2 milyard dollar ayırmağa hazır olduğumuzu bildirdim. Trampın gözləri parıldadı, bundan sonra söhbət tamamilə fərqli bir hal aldı".

Qeyd edək ki, ABŞ-ın bu ölkədə hərbi bazasının yaradılması üçün artıq ABŞ-Polşa işçi qrupu fəaliyyət göstərir.

Geri qayıt