“Trami” qasırğası ən dağıdıcı həddə çatdı - Ölənlər var

“Trami” qasırğası ən dağıdıcı həddə çatdı - Ölənlər var


Yaponiyanın təsiri altına alan “Trami” qasırğası ən dağıdıcı həddə çatıb.

ONN media xəbər verir ki, təbii fəlakət nəticəsində azı 4 nəfər həyatını itirib, daha 150 sakin müxtəlif dərcəli xəsarətlər alıb. Küləklə müşayət olunan yağışlar ölkənin müxtəlif yerlərində torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Küləyin sürəti bəzi yerlərdə saatda 164 km-ə çatıb. Paytaxt Tokio və Xonsyu bölgəsində qatar və təyyarə reysləri təxirə salınıb. Məktəblər və universitetlərdə təil elan edilib.

Əksər dövlət və özəl şirkətlər müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Güclü külək elektrik dirəklərini aşırdığından, ölkədə 1 milyona qədər insan elektrik enerjisindən məhrum olub .

Geri qayıt