İraqın yeni prezidenti kimdir?

İraqın yeni prezidenti kimdir?


İraq parlamentinin deputatları Bərham Salehi ölkə prezidenti seçiblər.

ONN media xəbər verir ki, Salehin lehinə 165 deputat səs verib.

Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.

Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.

Geri qayıt