ABŞ İranla müqaviləsini ləğv edir

ABŞ İranla müqaviləsini ləğv edir


ABŞ İranla dostluq haqqında 1955-ci il müqaviləsini ləğv edir. 

ONN media oxu.az -a istinadən xəbər verir ki, bunu ABŞ baş katibi Mayk Pompeo bildirib. 

Bu qərar BMT Beynəlxalq Məhkəməsinin İranın ABŞ-a qarşı iddiasını qismən təmin etməsindən sonra qəbul olunub. Məhkəmə qərarında qeyd olunur ki, Vaşinqton 1955-ci ildə İranla imzalanan dostluq müqaviləsinin müddəalarını pozur.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları bərpa edəcəyini bəyan etdikdən sonra Tehran BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb. 

Geri qayıt