Türkiyədə nə baş verir?- HÜCUM BAŞLADI

Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb.
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb.
Hadisə bu gün səhər saat 06:00 radələrində baş verib.
Hücumdan sonra qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə hava güclərinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlayıb.