ABŞ türk şirkətini cəzalandırdı - SƏBƏB?

ABŞ türk şirkətini cəzalandırdı - SƏBƏB?


ABŞ Maliyyə Nazirliyi BMT qətnamələrinə rəğmən Şimali Koreya ilə əməkdaşlıqda ittiham olunan şəxslərin və təşkilatların siyahısını genişləndirib. 

ONN media oxu.az -a istinadla  xəbər verir ki, bu dəfə siyahıda Türkiyənin “Sia Falcon International Group” şirkəti və onun iki rəhbəri yer alıb. 

Sözügedən şəxslər sanksiyalardan yan keçməklə, Şimali Koreyaya malların tədarükünə cəhd ediblər. 

Sanksiyalar həmçinin Şimali Koreyanın Monqolustandakı səfirliyinin əməkdaşına tətbiq olunub. Həmin şəxs “Sia Falcon International Group” ilə danışıqlar aparmaq üçün bu il Türkiyədə səfərdə olub. 

Geri qayıt