“İnterpol”un rəhbəri yoxa çıxıb

“İnterpol”un rəhbəri yoxa çıxıb


Fransa polisi “İnterpol”un rəisi Men Xunveyin itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb. 

ONN media xəbər verir ki, bununla bağlı “Independent” məlumat yayıb. 

Bildirilib ki, 64 yaşlı Men Xunvey sentyabrın 29-da Çinə getdikdən sonra əlaqəyə çıxmır. 

Onun itkin düşməsi ilə bağlı məlumatı Lionda yaşayan həyat yoldaşı verib. 

Xunvey 2016-cı ildə “İnterpol”un prezidenti seçilib.

Geri qayıt