Dəhşətli zəlzələ baş verib - 11 ÖLÜ
Haiti sahillərində baş verən 5,9 bal gücündə zəlzələ insanların ölümünə səbəb olub.
ONN media trend -ə istinadən bildirir ki, zəlzələ nəticəsində azı 11 nəfər həlak olub. Təbii fəlakət həmçinin bir neçə binanın uçmasına səbəb olub.
Hökümət nümayəndəsi Eddi Cekson bildirib ki, hadisə yerinə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə qrup göndərilib.
Qeyd edək ki, bu gün Haiti sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Ti Por-de-Pe yaşayış məntəqəsindən 20 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
