Silahlı insident baş verib - Yaralılar var

Silahlı insident baş verib - Yaralılar var


Fransanın paytaxtı Parisin mərkəzində atışma olub.

ONN media publika.az -a istinadla xəbər verir ki, hadisə Yelisey Sarayı rayonunda qeydə alınıb. Naməlum şəxslər avtomobildə oturan insanlara atəş açıblar. İnsident nəticəsində 2 nəfər yaralanıb.

Hadisəni törədənlər qaçaraq gizləniblər. Yaralılara ilk olaraq polis əməkdaşları kömək ediblər. Bundan sonra onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqat aparılır.

Geri qayıt