Şarmazanov: "Nikol demaqogiya və selfidən başqa heç nə etmir"

Şarmazanov: "Nikol demaqogiya və selfidən başqa heç nə etmir"


Ermənistanın indiki hökuməti gözəl şüarlar, demaqogiya, selfidən başqa heç bir iş görmür.

ONN media Axar-a istinadla xəbər verir ki, bunu "Nyus.am" saytına açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Paşinyanın dedikləri ilə etdikləri fərqli şeylərdir. Bununla da o, parlamenti mühasirəyə aldırır", - deyə o bildirib.

Şarmazanov Paşinyanın parlamenti mühasirəyə aldırmasını 1993-cü ildə Rusiyada küçədə və parlamentdə baş verən silahlı qarşıdurma ilə müqayisə edib.

Geri qayıt