İrəvanda BİABIRÇILIQ- 101 məmur həbs edildi

İrəvanda BİABIRÇILIQ- 101 məmur həbs edildi


Ermənistanda dövlət idarəetməsinin müxtəlif sahələrində korrupsiya təzahürləri aşkar edilib. Məktəb, məktəbəqədər təhsil müəssisələri, universitetlər, tibb mərkəzləri, sosial xidmətlər və "Aypost" nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi idarəsində yüzlərlə sui-istifadə halı ilə bağlı iş qaldırılıb. Bütün bu sui-istifadə halları kütləvi xarakter daşıyıb.

ONN media Axar-a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan danışıb.

"Son 9 ay ərzində 845 axtarış həyata keçirilib, 172 nəfər saxlanılıb. 1335 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onlardan 101 nəfəri vəzifədə olan məmurlardır. 142 nəfər barəsində həbs qətimkan tədbiri seçilib", - Qriqoryan bildirib.

Geri qayıt