Qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı- DƏHŞƏT

Qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı- DƏHŞƏT


Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb.

ONN media xəbər verir ki, qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş.

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya açtdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.

Geri qayıt