Torpaq sürüşməsi nəticəsində 4 azyaşlı ölüb

Kolumbiyada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb.
ONN media xəbər verir ki, hadisə Kaldas departamentindəki Marketaliya şəhərində qeydə alınıb.
Şəhərin meri Luis Betankur bildirib ki, ölənlər arasında 4 azyaşlı da var.
Bölgədə leysan yağışlarının səbəb olduğu sürüşmə zamanı 28 nəfər xilas edilib, daha 10 nəfər də itkin düşüb.