Qasırğa ABŞ bazasını dağıtdı

Qasırğa ABŞ bazasını dağıtdı


ABŞ-ın şərq sahillərini bürüyən "Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı Tindall bazasına ciddi zərər verib.

ONN media Olaylar-a istinadla xəbər verir ki, bununla bağlı bazanın komandiri Brayan Leydlou"Facebook" hesabında məlumat yayıb.

Qeyd edilib ki, bazadakı binaların bəziləri tamamilə dağılıb, qalan tikililərə ciddi ziyan dəyib.

"Bazanın əsaslı təmirə ehtiyacı var. Təhlükəsizlik zəmanəti verilməyənədək sizi və ailənizi evlərinizə qaytarmayacağam. Bunun üçün nə qədər vaxtın lazım olduğunu bilmirəm", - hərbçi bildirib.

Geri qayıt