Evin damına meteorit düşdü

Yaponiyanın Komaki şəhərində evlərin birinin üzərinə meteorit düşüb.
ONN media xəbər verir ki, evin damına düşən daş parçası 3 yerə parçalanıb.
Aparılan araşdırmalar nəticəsində bunun meteorit olduğu müəyyənləşib.
Həmin meteoritin 4,5 milyard yaşı olduğu ehtimal edilir. “Komaki meteoriti” adı verilən daşlar muzeyə yerləşdirilib.