Dəhşətli YOL QƏZASI: avtomobil kanala düşdü, 22 nəfər öldü
Bu gün Türkiyənin İzmir şəhəri yaxınlığındakı Menderes yol qovşağında baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 22 nəfərə çatıb.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xəstəxanaya aparılan yaralılardan 3-nün həyatını xilas etmək mümkün olmayıb. Hazırda yük maşınınnı sürücüsü də daxil olmaqla 13 nəfərin müalicəsi davam etdirilir.
Qəzanı tərədən sürücü xəstəxanada ilkin ifadəsində deyib ki, magistralda qarşısına çıxan ağ paltarlı şəxsi vurmamaq üçün sərt manevr edib və bu zaman yük maşnı körpüdən su kanalına aşıb.
