SON DƏQİQƏ: Paşinyan 2 saat sonra İSTEFA VERƏCƏK

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan vaxtı ilə sat 20:00-da istefa verəcək.
ONN media publika.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib.
Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda prosedur qaydalarına görə, əvvəlcə baş nazir istefa verməli, sonra parlament buraxılmalı və daha sonra yeni seçkilər keçirilməlidir.