Tramp növbəti seçki kampaniyası üçün nə qədər pul yığıb?

ABŞ prezidenti Donald Tramp 2020-ci il noyabrda keçiriləcək seçkiqabağı kampaniya üçün artıq 106 milyon dollar yığıb.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, bu barədə Federeal Seçki Komissiyasına (FSK) istinadən “The Hill” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın “Amerikanı yenidən möhtəşəm edirik” adlı seçki fondu cari ilin iyul-sentyabr aylarında seçicilərdən 200 dollardan ianə toplayıb.
Qeyd edək ki, Tramp 2017-ci ilin yanvarın 20-dən prezident postundadır. Amerika Konstitusiyasına əsasən, prezidentlər ənənəvi olaraq 2 dəfə bu posta seçilmək hüququna malikdirlər.