Ərdoğan bu ölkənin dövlət nişanı ilə təltif edildi

Moldova Prezidenti İqor Dodon Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dövlət nişanı ilə təltif edib.
ONN media xəbər verir ki, Dodon Türkiyə ilə Moldova arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi və eyni zamanda Moldovaya verdiyi dəstəkdən dolayı Ərdoğanı təltif edib.
Ərdoğanla görüşən Dodon mətbuat konfransında Türkiyə liderinə nişanı təqdim edib.
Qeyd edək ki, sözügedən nişan Nazirlər Kabinetinin qərarı və prezidentin təşəbbüsü ilə verilir.