"ABŞ-ın sanksiyasından daha çox Avropa zərər görür" - Medvedev

"ABŞ-ın sanksiyasından daha çox Avropa zərər görür" - Medvedev


"Rusiyanın bank sektoruna qarşı tətbiq edilən sanksiya ticarət müharibəsidir".

ONN media Olaylar-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Dmitri Medvedev Euronews telekanalına verdiyi müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya bu çətinliyi də adlayacaq.

"Heç kəsdə şübhə yaranmasın ki, bizim iqtisadiyyat istənilən çətinliyə, hər bir təzyiqə uyğunlaşaraq inkişaf edir. Sual yarana bilər ki, bütün bunlar nədən ötrüdür? Cavabı isə belədir. Bu sanksiyalar yalnız beynəlxalq iqtisadi qayda-qanunu pozmağa xidmət edir.

Amerikalılar bəyan edir ki, bizə qarşı tətbiq edilən sanksiyalar onların iqtisadiyyatına elə də ciddi təsir göstərmir. Düzdür, ona görə ki, bizim onlarla elə də böyük ticarət dövriyyəmiz yoxdur. Ən çox əziyyət çəkən isə Avropadır, çünki bu ölkələrlə Rusiyanın böyük ticarət dövriyyələri var. Deməli, Rusiyaya qarşı sanksiyalardan təkcə biz yox, avropalılar da əziyyət çəkir. Təbii ki, o ölkələr bundan sonra bizə mənfi təsir göstərirlər, ancaq unudurlar ki o sanksiyaların təşəbbüskarı biz yox, ABŞ-dır.

Nəticədə Qərblə Rusiya arasındakı münasibətlərdə böyük soyuqluq yaranır. Bu narazılığın aradan qaldırılması üçün isə ciddi addımlar atmalıyıq. Sual verilə bilər, Avropanın uduzduğu nədir? Onlar iş yerlərini, qazanclarını və sabaha olan inamlarını itirirlər. Bizim ABŞ-la ticarət dövriyyəmiz 20 milyarddır, Avropa ölkələri ilə isə dəfələrlə çoxdur. Sanksiyalardan sonra Avropa İttifaqı ilə ticarət dövriyyəmiz 430 milyard avrodan 230 milyard avroya enib...", deyə Baş nazir bildirib.

Geri qayıt