Koçaryan partiya yaradır?

Koçaryan partiya yaradır?


Ermənistanın sabiq prezidenti Robert Koçaryan partiya yaratmaq və müxalifətə keçmək fikrində olduğunu deyib.

ONN media xəbər verir ki, bu barədə R.Koçaryan “RİA Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb.

Eyni zamanda R.Koçaryan qarşıdan gələn parlament seçkilərində iştirak edə bilməyəcəyini də deyib.

Geri qayıt