Almaniyada atışma- Yaralılar var
ONN media xəbər verir ki, Almaniyada atışma olub.
İnsident ölkənin qərbində, Reynland-Pfalts federal torpağının Kirxhaym-an-der-Vaynştrasse şəhərində qeydə alınıb.
Bildirilir ki, səhər saatlarında polisin əməliyyatı zamanı atəş səsləri eşidilib. İki polis əməkdaşı ağır yaralanıb. Onlardan biri qadındır.
Digər təfərrüatlar barədə hələ məlumat verilmir.
