Əlcəzair hökumətindən RƏSMİ QADAĞA

Əlcəzair hökuməti iş yerində qadınların niqab taxmasına rəsmi olaraq qadağa qoyub.
ONN media xəbər verir ki, qadağa ötən gündən qüvvəyə minib.
Hökumət bu addımı niqabın şəxsiyyətin müəyyənləşdirilməsinə mane olması ilə izah edib.
Yerli müşahidəçilər niqaba qoyulan qadağanın ictimai rezonans yaradıb-yaratmayacağını qiymətləndirməkdə hələ ki, çətinlik çəkirlər. Hökumətin qərarının mühafizəkar əhval-ruhiyyəli dini təşkilatlar və bir qrup əhali tərəfindən tənqidlə qarşılanacağı istisna edilmir.