6,7 bal gücündə zəlzələ baş verdi
Pakistanda güclü zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
6,7 bal gücündə olan yeraltı təkanlar Minqora şəhərindən 28 kilometr aralıda qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
