27 il sonra ABŞ təyyarədaşıyan gəmisini Arktikaya göndərdi

27 il sonra ABŞ təyyarədaşıyan gəmisini Arktikaya göndərdi


ABŞ-ın “Harri Trumen” təyyarədaşıyan gəmisi 27 il ərzində ilk dəfə olaraq Arktikaya daxil olub.

ONN media axar.az -a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarədaşıyan gəminin burada NATO-nun “Trident Juncture” təlimində iştirakı nəzərdə tutulub. Təlimin 25 oktyabrda başlaması və 7 noyabra qədər davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, NATO-nun bu təlimində 30 ölkədən 50 min hərbçi iştirak edəcək. Bu manevrlər Rusiya sərhədi yaxınlığında son illərdə keçirilən ən böyük təlimlərdən biri olacaq.

Geri qayıt