Avtobus körpüdən aşdı - 7 ÖLÜ

Hindistanda Assam ştatında avtobus körpüdən aşaraq çaya düşüb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb. Sürücü yolun çətin keçilən hissəsində idarəetməni itirərək avtobusu körpüdən aşırıb. Avtobus dövlət nəqliyyat korparsiyasına məxsus olub. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.