Film kimi cinayət- Ketçup ilə...

Rumıniya vətəndaşı Titus Jalya ketçup şüşəsinin köməyi ilə yeddi pensiyaçını qarət edib. ONN media Oxu.az-a istinadla xəbər verir ki, 64 yaşlı Jalya, əsasən, banklardan çıxan pensiyaçıları izləyib. Kişi qocaların üzərinə sous dağıdıb və bildirib ki, onlarda qanaxma var, bununla da onların cüzdanını oğurlayıb. Jalya iyunun 6-da kafedə uğursuz qarətdən sonra polis tərəfindən saxlanılıb. Jalyanın qurbanlarından biri onun şəklini çəkib və polisə müraciət edib. O, əməlini etiraf edib və bildirib ki, yeddi cinayət işində iştirak edib.