Baş nazirin avtomobili maralla toqquşdu
Slovakiyanın Baş naziri Peter Pelleqrininin avtomobili maralla toqquşub.
ONN media trend-ə istinadən xəbər verir ki, hadisə Poprad və Velka Lomnitsa şəhərləri arasındakı yolda qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində sürücü xəsarət alıb. Baş nazir isə qəzanı xətərsiz ötüşdürüb.
Maralın ölüb-qaldığı barədə məlumat verilmir.
