İran hökuməti ABŞ-la danışıqlara hazırdır

İran hökuməti ABŞ-la danışıqlara hazırdır


İran hökuməti Amerika Birləşmiş Ştatlarıyla danışıqlara hazırdır.

ONN media xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif  Yaponiyanın Kyodo agentliyinə müsahibəsində bildirib ki, Tehran Vaşinqtonla danışıqlar aparmaq üçün heç bir ilkin şərt irəli sürmür. Lakin müzakirələr qarşılıqlı hörmət əsasında aparılmalıdır.

Diplomatın sözlərinə görə, ABŞ-ın sanksiyalarına baxmayaraq, bir çox ölkələr Tehranla iqtisadi münasibətləri inkişaf etdirməkdə davam edir. O buna misal kimi, Böyük Britaniya, Almaniya və Fransanın İranın bank əməliyyatları və neft idxalını qorumaq üçün hazırladığı mexanizmi göstərib.

Geri qayıt