Sevgilisi üçün elə birşey etdi ki...- Romantik cinayət

Sevgilisi üçün elə birşey etdi ki...- Romantik cinayət


Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində 22 yaşlı gənc sevgilisinə hədiyyə etmək üçün gül pavilyonundan 90 ədəd qızılgül oğurlayıb.

ONN media xəbər verir ki, həmin şəxs qısa müddət sonra qızın evinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Onun barəsində oğurluq maddəsi ilə cinayət işi açılıb. Qeyd olunur ki, gül pavilyonuna 14 min rubl maddi ziyan dəyib.

Geri qayıt