Bu ölkə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı

Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı.
ONN media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.
Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.
Hazırda onun cəsədinin tapılması istiqamətində işlər aparılır.