Ölü dənizdə faciə: 10-dan çox ölü
İordaniyanın Ölü dəniz ərazisində avtobusu sel sularının aparması nəticəsində 14 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, avtobusda 44 nəfər olub və onlar məktəb ekskursiyasına çıxıblar. Qurumuş Zarka Main çay yatağında hərəkət edən avtobusu qəfil başlayan leysan yağışından sonra sel suları aparıb. Sərnişinlərdən 37-si məktəbli, 7-si müşayiətçi olub. İtkin düşənlərin axtarışlarına başlanılıb.
