Tramp əleyhdarlarına bomba bağlamalarını göndərən şəxs tutuldu
ABŞ-da prezident Donald Tramp əleyhdarlarına bomba bağlamalarını göndərən şübhəli şəxs tutulub.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ədliyyə naziri Tvitter səhifəsində yazıb. Məsələ ilə bağlı mətbuat konfransı keçiriləcəyi deyilib.
Floridada şübhəli şəxsin ifadəsi alınır.
