Poroşenko Ankaraya yola düşür

Ukrayna Prezidenti Pyotr Poroşenko noyabrın 3-də Ankaraya səfər edəcək.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Poroşenko Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər arasında əsas müzakirə mövzusunun müdafiə, iqtisadi, siyasi əməkdaşlıq məsələləri olacağı bildirilib.