ABŞ hərşeyi etiraf etdi

ABŞ hərşeyi etiraf etdi


ABŞ Suriyanın İdlib vilayətinə terrorçuları göndərməyə başlayıb.

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, İdlibdə 50 fərqli yerdə keçirilən əməliyyatla 90 İŞİD üzvü tutulub.

Məlumata görə, Türkiyə və Rusiyanın təhlükəsiz bölgə elan etdiyi İdlib ABŞ tərəfindən vurulacaq. ABŞ-ın bunun üçün İŞİD və “Əl-Qaidə” terror təşkilatlarını bəhanə edəcəyini ifadə edən Azad Suriya Ordusunun (ASO) komandiri Riyad Əsədin sözlərinə görə, hədəf sülh prosesini pozmaqdır.

İŞİD terrorçularının fərqli yollarla Deyr-ez-Zordan İdlib daşındığını ifadə edən Riyad Əsəd qeyd edib ki, Türkiyə və Rusiya arasında əldə olunan İdlib razılaşması ABŞ-ın planlarını pozub.

“Şərtləri öz lehinə dəyişdirmək üçün bölgəyə terrorçuları daşıyırlar. Son 4 ayda İdlibə sızan İŞİD-lilərin sayı 250-ni ötüb”, - o bildirib.

Ələ keçirilən terrorçular İdlibi vilayət elan etməyə hazırlaşdığını etiraf ediblər.

Geri qayıt