Ermənistanın növbəti YALTAQLIĞI

"Əgər əlverişli təklif olarsa, müzakirə edərik".
ONN media Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana silah sata biləcəkləri barədə bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, Bolton İrəvana səfər zamanı Ermənistana silah sata biləcəklərini, Amerika silahının Rusiya silahından daha yaxşı olduğunu bildirib.