Ərdoğan Anıtqəbirə gəldi: Əziz Atatürk...

Ərdoğan Anıtqəbirə gəldi: Əziz Atatürk...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr Cümhuriyyət Bayramı münasibətilə dövlət adamları ilə birgə Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət edib.

ONN media axar.az -a istinadən xəbər verir ki, Ərdoğan Anıtqəbirdə Atatürkün mavzoleyi önünə çələng qoyub, İstiqlal marşı oxuyub. Türkiyə prezidenti daha sonra Anıtqəbirin xüsusi dəftərinə ürək sözlərini yazıb:

“Əziz Atatürk, Cümhuriyyətimizin elan edilməsinin 95-ci ildönümündə böyük qürur və həyəcanla hüzurunuzdayıq. Bu gün Cümhuriyyətimizin 95-ci ildönümünü dünyanın ən prestijli layihələrindən olan İstanbuldakı yeni hava limanımızın açılışı ilə qeyd edirik. İqtisadiyyatımızı hədəf alan hücumların çoxaldığı bir dövrdə həyata keçirdiyimiz bu tarixi açılış Türkiyənin gücünün, qərarlılığının 95 ildə əldə etdiyi uğurların bir simvoludur. Ruhunuz şad olsun”.

Geri qayıt