Məktəbdə silahlı insident - Tələbə yaralanıb
ABŞ-ın Şimali Karolina ştatındakı məktəblərdən birində baş verən atışma nəticəsində bir tələbə yaralanıb.
ONN media virtualaz.org-a istinadən məlumat verir ki, hadisə səhər saatlarında Metyus şəhərindəki məktəbdə baş verib.
Polisin verdiyi məlumata görə, yaralı şagird xəstəxanaya yerləşdirilib, onun yarasının xarakteri hələlik məlum deyil. İnsidentlə bağlı başqa bir məktəbli saxlanılıb.
